Ağ Şəhər Yaşayış Kompleksi

Bakı memarlığının müasir və nizamlı interpretasiyası.

Ağ Şəhər Kompleksi Fasad
Ağ Şəhər Kompleksi Perspektiv
Ağ Şəhər Kompleksi Detal

Layihə Haqqında

Ağ Şəhərdə layihələndirilən bu yaşayış kompleksi şəhər estetikasını geniş vitrajlarla, vertikal vurğularla və monumental fasad plastikasının müasir izahı ilə birləşdirir. Layihədə əsas məqsəd modern klassik estetikanı müasir yaşayış standartları ilə balanslaşdırmaqdır.

İki bloklu kütlə nizamı ərazidə həm vizual dominantlıq, həm də şəhər panoramasına uyğun perspektiv dinamizmi yaradır. Geniş şüşə səthlər interyerlərdə gün işığını maksimum səviyyəyə çatdırır, fasadda istifadə olunan vertikal elementlər isə binanın hündürlüyünü daha yüngül və zərif göstərir.

Memarlıq Həlli

  • Klassik xətlərin müasir şüşə konstruksiyalarla birləşməsi.
  • Ağ Şəhərin fasad tələblərinə uyğun açıq və pastel tonlar.
  • Ritmik vertikal şüşə atrium həlləri.
  • Səliqəli balkon kompozisiyası və yüngül karniz xətti.
  • Aşağı hissədə pedestriyan səviyyəsinin aktivliyi üçün geniş storefront çözümləri.

Planlaşdırma və Funksionallıq

  • 1, 2 və 3 otaqlı mənzil tipləri üçün optimallaşdırılmış planlar.
  • Şəhər mənzərəsini maksimum göstərən vitrajlar.
  • Bloklar arasında rahat dolaşım və təhlükəsiz giriş sistemi.
  • Yeraltı dayanacaq və xidmət zonaları.