Uşaqlıq emalatxanasından
tikilə bilən memarlıq studiyasına.

Mən, Tural Sadıqlı, memarlıqla ilk dəfə atamın emalatxanasında rastlaşdım; o məkanda materialın səsi, işığın hərəkəti və formanın səbrlə yoğrulan taleyi vardı. Hər çəkilən xətt bir hekayə, hər kəsilən material bir yaddaş kimi masa üzərinə düşürdü. Ailə söhbətlərimiz tədricən plana, fasada, ritmə və proporsiyaya çevrilir, adi günlərin içində görünməz bir memarlıq məktəbi qurulurdu. Melograno Studio həmin illərin səssizcə böyüyən toxumudur: xatirələrin struktura çevrildiyi, xəyalın məkan yaratmağa başladığı və mənim üçün memarlığın sadəcə peşə deyil, zamanın içində irəliləyən bir yol olduğunun təsdiqidir. Burada hər layihə mənim keçmişimdən gələcəyimə uzanan bir körpüdür; formanın, işığın və insanın harmoniyasını axtaran bir səyahət.

2009–2013 · AzMİU (AzUAC)
2013–2016 · İKÜ (IKU)
Türkiyə & Avropa təcrübəsi
Bakı · Memarlıq · Fasad · BIM
Founder · Melograno Studio
Melograno Studio — Tural Sadıqlının memarlıq hekayəsi
“Hər layihə uşaqlıqda başladığım bir skecin davamıdır — bu dəfə daha dəqiq, daha tikilə bilən və daha sistemli.”

Melograno nəyi fərqli edir?

Hər layihə bizim üçün eyni sualı cavablandırır: “Bu dizayn real həyatda problemsiz tikilə, idarə oluna və başa düşülə biləcəkmi?”

Konsepsiyadan tikintiyə

Render üçün deyil, tikinti üçün çəkilən planlar. Konsepsiya skecindən detal həllinə qədər eyni memarlıq dili qorunur.

Performans yönümlü fasadlar

Fasad sadəcə gözəllik deyil — gün işığı, kölgə, konstruktiv uyğunluq və baxım rahatlığı da dizaynın bir hissəsidir.

Ölçü və nizam intizamı

Plan, kəsik, fasad, 3D model və BIMx arasında koordinasiyanı qoruyan aydın layer və qələm sistemi.

Bilgini gizlətməmək

Melograno Training vasitəsilə studiyada işlədiyimiz real iş axınlarını tələbələr və gənc memarlarla açıq şəkildə bölüşmək.

Aydınlıq və sadəlik

Müştəri, podratçı və tələbə üçün eyni prinsip: “Oxuyan adam çəkilən şeyi dərhal başa düşməlidir.”

Bu gün Melograno Studio

Şəxsi hekayədən sistemli studiyaya: Layihələndirmə, dizayn və tikinti sahəsində fəaliyyət və konsaltinq xidməti.

Bu gün Melograno Studio həm yerli, həm də xarici müştərilər üçün memarlıq dizayn, fasad həlləritikinti sahəsi üzrə çalışır. Paralel olaraq, eyni metodologiyanı Melograno Training proqramında tələbələrə və studiya komandalarına ötürürük.

15+ il
layihələndirmə & tikinti təcrübəsi
Beynəlxalq təcrübə
Azərbaycan · Türkiyə · Avropa layihələri
3 fokus sahə
Layihələndirmə · Dizayn · Tikinti
Təlim & konsaltinq
Universitetlər və studiyalar üçün proqramlar